About us

Haqqımızda

2011-ci ildə 4 gəncin təşəbbüsü ilə fəaliyyətə başlayıb. Artıq 15 ildir ki, qrup Azərbaycan milli rəqs sənətini inkişaf etdirir, təbliğ edir, təkmilləşdirir və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə layiqincə təqdim edir. Qrupun repertuarına etnoqrafik, ritual, əmək, lirik, hərbi-tarixi, yumoristik və digər xarakterli rəqslər daxildir. Bu rəqslər Azərbaycan rəqs sənətinin klassik nümunələri olmaqla yanaşı, milli mədəni irsimizin zənginliyini və müxtəlifliyini nümayiş etdirir.

Rəqslərin quruluşunda Xalq artistləri Əlibaba Abdullayev və Roza Cəlilovanın, Əməkdar artist Telman Əliyevin, həmçinin Fərhad Vəliyev, Qəhrəman Nəsirov, Anar Ağaoğlu və Şəhriyar Cəfərovun yaradıcılıq irsindən istifadə olunur. Milli geyimlərin hazırlanmasında isə rəssam Leyla Əliyevanın rolu danılmazdır.

Qrupun «Ritm» adlandırılmasının əsas səbəbi təsadüfi deyil, belə ki, rəqs etməyin ilk şərti, ritmi hiss etməkdir. Ona görə "Ritm"dən kənar qalma şüarı bizə bir daha hər şeyi aydınlaşdırır.

990-cı illərin əvvəlində X X səhnə fəaliyyətini oğlu XXna etibar edib ötürdü. Onilliklər boyu X böyük həcmdə folklor toplama işləri həyata keçirərək Azərbaycanın müxtəlif bölgələrindən xalq rəqslərini toplayıb, onlarla rəqs nümunəsini xilas edib, 50-dən çox yeni tamaşa hazırlayıb ki, bunlar bu gün Azərbaycan milli rəqsinin klassik nümunələri sayılır.

«Ritm» rəqs qrupu beynəlxalq folklor festivallarda və Azərbaycan mədəniyyəti günlərində iştirak edib, dəfələrlə yüksək mükafat və təltiflərə layiq görülüb.

Qrup 15 illik yaradıcılıq fəaliyyəti ərzində dünyanın 16 ölkəsində qastrol səfərlərində olub, 50-yə yaxın beynəlxalq festivalda, 100-ə yaxın konsert və tədbirlərdə çıxış edib.

Xronologiya

2011

4 gənc tərəfindən fəaliyyətə başlayıb

2013

"İkinci həyat" adlı ilk solo konsert və Gürcüstanın Siqnaqi şəhərində ilk qastrol

2017

Поле чудес” — Rusiyanın Birinci Kanalında (Первый канал) yayımlanan məşhur televiziya oyun-şousunda çıxış

2018

AXC 100 illik yubileyi çərçivəsində ABŞ-in paytaxtı Vaşinqtona səfər

2018

Şimali Kiprin Famagusta şəhərində solo konsert

2019

Çin

2019

Belarus

2019

İstanbul

2021

Ufa

2022

Kastamonu Büyükçekmece Monteneqro İsveçrə Almaniya

2025

2024 ARHAVİ 2025 BERN FEST + NOVRUZ 2025 İNEGOL 2025 ZEFER 6

2026

MONTOİRE NORWAY

Komanda

X X

Həmtəsisçi

Firuz Əlövsədov

X X

Həmtəsisçi

Səid İbrahimli

X X

Həmtəsisçi

Nəsib Cəbiyev